SABAH qruplarında saathesabı dərs qaydada işə dəvət olunur

26 Dekabr 2020
view

sabah_qebul_261220Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında 2020/2021–ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur.


ÖHDƏLİKLƏR




  1. Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;

  2. Kurs sillabusunun hazırlanması;

  3. Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;

  4. SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi;

  5. Ali təhsil müəssisələrinin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi;

  6. Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi.


*
NAMİZƏDƏ TƏLƏBLƏR




  1. Əlaqədar sahədə ən azı magistr dərəcəsinə malik olması;

  2. Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması;

  3. Tədrisdə İKT-dən hərtərəfli istifadə edə bilməsi;

  4. İnnovativ tədris metodlarından istifadə etməsi;

  5. Müasir pedaqoji yanaşmalardan xəbərdar olması;

  6. Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması;

  7. Dinamik, təşəbbüskar, pozitiv və ünsiyyətcil olması.


*
Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 10 gün ərzində əlaqə saxlanılacaq;


Son müraciət tarixi və vaxtı: 06.01.2021-ci il, saat 00:00


ƏTRAFLI

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!