“Scopus-elmi nəşrlərin axtarış üsulları” mövzusunda vebinar keçiriləcək

16 İyun 2021
view

Scopus-elmi18 iyun 2021-ci il tarixində saat 15:00-da Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Elsevier B.V. şirkətinin birgə təşkilatçılığı ilə “Scopus-elmi nəşrlərin axtarış üsulları” mövzusunda vebinar keçiriləcək.


Vebinarda Elsevier Mərkəzi Asiya və Azərbaycan üzrə məsləhətçisi texniki ixtisaslı kafedraların elmi-pedaqoji heyəti üçün jurnalların axtarış üsulları və onların metrik göstəricilərinə görə qiymətləndirilməsi haqqında məlumat verəcək.

UNEC-in elmi-pedaqoji heyəti, doktorant, dissertant, magistr və tələbələri vebinara Zoom platforması üzərindən qoşula bilər. Vebinarda qeyd olunan prosedurları həyata keçirmək üçün linkə keçid edərək Scopus elmi platformasından məsafəli istifadə hüququnu əldə etmək lazımdır.

Vebinarın sonunda şirkət tərəfindən sertifikatlar iştirakçıların elektron poçt ünvanlarına göndəriləcək. Sertifikatın əldə olunması proseduru.

QEYDİYYAT

Qeydiyyat üçün son tarix: 18 iyun 2021-ci il, saat 14:00

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!