Slovakiyada beynəlxalq konfrans keçiriləcək

21 İyun 2020
view

Slovakiya Pespublikasında yerləşən University of Zilina tərəfindən cari ilin 21-22 oktyabr tarixlərində “Qlobalizasiya və sosial-iqtisadi əlaqələr” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulub.


Beynəlxalq elmi konfransda iştirak həm virtual formada, həm də Slovakiyaya səfər vasitəsi ilə mümkündür. Virtual formada iştirak üçün qeydiyyat haqqı 200 avro, səfər edərək iştirak üçün isə 250 avro təşkil edir. Ən yaxşı konfrans məqalələri jurnal redaktorlarının tövsiyələrinə əsasən seçilmiş indeksli jurnallarda dərc ediləcəkdir. Ötən ilki konfransdan 30-a yaxın məqalə ortaq jurnallarda dərc edilib. 2019-cu ildə keçirilmiş konfransda nəşrlər dərc edildikdən bir neçə ay sonra Web of Science bazasında indeksləşdirilmişdir.


Abstrakt və Qeydiyyat formasının təqdim edilməsi üçün sonuncu tarix 30.06.2020.


Əlavə məlumat 


[email protected] e-ünvan ilə əlaqə saxlaya bilərsiniz.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!