Şuşanın sosial-iqtisadi dirçəlişinin strateji əhəmiyyəti müzakirə olunacaq

05 İyul 2022
view

Poster_seminarUNEC-də “Şuşa İli” çərçivəsində Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Şuşanın sosial-iqtisadi dirçəlişinin bütün türk coğrafiyasının birləşməsində strateji əhəmiyyəti” mövzusunda onlayn seminar keçiriləcək.


Mövzu ətrafında UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri prof. Şəfa Əliyev, Atatürk Universitetinin professoru Prof. Dr. Kerem Karabulut, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin tədqiqatçısı i.f.d., dosent Mayis Əzizov və Bakı Mühəndislik Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasının dosentı, Həzi Eynalov təqdimatla çıxış edəcəklər.

7 iyul 2022-ci il tarixində saat 15.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/99760603361 (giriş kodu: 911073) linki vasitəsilə qoşula bilərsiniz.

“Şuşa ili”nə həsr olunan tədbir Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin  təşkilatçılığı ilə baş tutacaq.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!