2022-ci il üzrə təhsil sahəsində ölkələr üzrə baş tutacaq beynəlxalq xarakterli tədbirlərin siyahısını təqdim edirik:
1. Ölkə: Yaponiya
Tədbirin adı: Təhsil üzrə 14-cü Asiya Konfransı
Tədbirin tarixi: 28 noyabr – 2 dekabr 2022-ci il
Tədbirin keçirilmə məkanı: Tokyo, Yaponiya
Təşkilatçı: Beynəlxalq Akademik Forum (ing. İAFOR) və Osaka Universitetində fəaliyyət göstərən İAFOR Tədqiqat Mərkəzi, İAFOR Beynəlxalq Universitet Əməkdaşlıqları Təşkilatı.
İştirak səviyyəsi: akademiklər, alimlər və tədqiqatçılar
Tədqiqat layihələrini təqdim etmək üçün son müraciət tarixi: 4 sentyabr 2022-ci il
İştirakçı kimi qeydiyyatdan keçmək üçün son tarix: 17 oktyabr 2022-ci il
Mövzular: Öyrənmə və öyrətmə; Təhsil siyasəti və strukturu; İctimaiyyət və cəmiyyət; Dil və mədəniyyət; İnnovasiya və Texnologiya.
Keçid: https://ace.iafor.org/
Ödəniş: Ödənişli (İAFOR-a üzv olmayanlar – 500-700 AZN; Üzvlər – 350-500 AZN)
Təqaüd: Tədqiqat layihələrini 4 iyul 2022-ci ilədək təqdim edən namizədlər ərizə sənədində təqaüdlə bağlı xananı seçərək avtomatik təqaüd proqramına müraciət etmiş sayılırlar.
2. Ölkə: İsveçrə Konfederasiyası
Tədbirin adı: Təhsil və Tədqiqatda İsveçrə Şimal – Cənub Əməkdaşlığı: Gələcək üçün Dayanıqlı Nümunə
Tədbirin tarixi: 3 iyun, 2022-ci il
Tədbirin keçirilmə məkanı: Bern, İsveçrə (həmçinin, tədbirdən öncə və tədbir sonrası virtual təlimlər)
Təşkilatçı: İnkişaf və Əməkdaşlıq üzrə İsveçrə Universitetlər Şəbəkəsi (SUDAC), İnkişaf etməkdə olan Ölkələrlə Tədqiqat Əməkdaşlıqları üzrə İsveçrə Komissiyası (KFPE)
İştirak səviyyəsi: Tədqiqatçılar, layihə koordinatorları, tələbələr və təcrübəçilər (Virtual “workshop”-ların təşkili məqsədilə müraciət etmək mümkündür).
Qeydiyyat üçün son tarix: Qeydiyyat başlamayıb.
Mövzular: İsveçrə Şimal – Cənub tədqiqat sxeminə dair mövzular (yaşayış səviyyəsi aşağı olan və inkişaf etməkdə olan ölkələrdə tədqiqatın dəstəklənməsinə dair təşəbbüs).
Keçid: https://www.swissuniversities.ch/en/themen/entwicklung-und-zusammenarbeit/p-6-swissuniversities-development-and-cooperation-network-sudac/sudac-annual-conference-2022
3. Ölkə: İtaliya
Tədbirin adı: Təhsildə Tətbiqi Tədqiqat üzrə 4-cü Beynəlxalq Konfrans
Tədbirin tarixi: 20-22 may, 2022-ci il
Tədbirin keçirilmə məkanı: Roma, İtaliya
Təşkilatçı: ARECONF (Tətbiqi Tədqiqat üzrə Konfrans)
İştirak səviyyəsi: Universitet müəllimləri, tədqiqatçılar, akademiklər, magistr və doktorantura ixtisaslarında təhsil alan tələbələr, məsləhətçilər, təhsil sahəsində fəaliyyət göstərən QHT-lər və s.
Tədqiqat layihələrini təqdim etmək üçün son müraciət tarixi: 6 may, 2022-ci il
Qeydiyyatdan keçmək üçün son müraciət tarixi: 13 may, 2022-ci il
Mövzular: Təhsil; rəqəmsal öyrənmə; ingilis dili və digər xarici dillərin öyrənilməsi; təlim və tədris.
Keçid: https://www.areconf.org/teacher-conference/
Ödəniş: Ödənişli (Tələbələr – 270 avro; Digər şəxslər – 295 avro; Dinləyicilər - 120 avro; Virtual təqdimatçılar - 120 avro)
4. Ölkə: İtaliya
Tədbirin adı: Təhsil və Distant Öyrənmə üzrə 6-cı Beynəlxalq Konfrans
Tədbirin tarixi: 21-23 iyul, 2022-ci il
Tədbirin keçirilmə məkanı: Roma, İtaliya
Tərəfdaşlar: Öyrənmə və Öyrətmə Beynəlxalq Jurnalı, Bari Aldo Moro Universiteti, Bask Universiteti
İştirak səviyyəsi: Dinləyici, təqdimatçı və müəllif kimi iştirak (tədqiqatçılar, akademiklər, tələbələr, müəllimlər).
Tədqiqat layihələrini təqdim etmək üçün son müraciət tarixi: 6 may, 2022-ci il
Qeydiyyatdan keçmək üçün son müraciət tarixi: 13 may, 2022-ci il
Mövzular: Orta ixtisas təhsili; kurikulum; distant təhsil; rəqəmsal təhsil; e-təhsil; təhsil metodları; erkən təhsil; akkreditasiya; rəqəmsal siniflər və s.
Keçid: http://www.icedl.org/
Ödəniş: Ödənişli (tələbə müəllif – 500 ABŞ dolları; tələbə təqdimatçı – 350 ABŞ dolları; tələbə dinləyici – 250 ABŞ dolları; virtual şəkildə müəllif iştirakı – 400 ABŞ dolları; virtual təqdimatçı – 250 ABŞ dolları; virtual dinləyici – 150 ABŞ dolları).
5. Ölkə: İsveçrə Konfederasiyası
Tədbirin adı: Tədris, Öyrənmə və Təhsil üzrə 5-ci Beynəlxalq Konfrans
Tədbirin tarixi: 8-10 iyul, 2022-ci il
Tədbirin keçirilmə məkanı: Sürix, İsveçrə (həmçinin, virtual təqdimatçı qismində çıxış etmək imkanı)
Tərəfdaşlar: Google, ProQuest, İndex Copernicus, DOAJ, EBSCO və s.
İştirak səviyyəsi: Təqdimatçı (ənənəvi və virtual), tədqiqatçı və ya dinləyici qismində iştirak
Tədqiqat layihələrini təqdim etmək üçün son müraciət tarixi: 24 iyun, 2022-ci il
Qeydiyyatdan keçmək üçün son müraciət tarixi: 25 aprel, 2022-ci il (ilkin mərhələ qeydiyyat) və 1 iyul, 2022-ci il (sonuncu mərhələ qeydiyyat).
Mövzular: Erkən təhsil; təhsil siyasəti; təhsilin inkişafında nəzəriyyə və təcrübə və s.
Keçid: https://www.ictle.com/about-ictle/#
Ödəniş: Ödənişli (tələbə müəllif – 260-310 avro; digər müəlliflər – 290-340 avro; dinləyici – 140-160 avro; virtual dinləyici – 100-140 avro)
6. Ölkə: İsveç
Tədbirin adı: Təhsilin Gələcəyi üzrə 5-ci Dünya Konfransı
Tədbirin tarixi: 10-12 avqust, 2022-ci il
Tədbirin keçirilmə məkanı: Stokholm, İsveç
Təşkilatçı: CFEDUCATİON (https://www.wcfeducation.org/)
İştirak səviyyəsi: Tədqiqatçılar, akademiklər, alimlər və tələbələr
Tədqiqat üzrə qeydiyyat üçün son tarix: 27 iyul, 2022-ci il
İştirak üzrə qeydiyyat üçün son tarix: 31 mart, 2022-ci il (ilkin qeydiyyat), 23 may, 2022-ci il (ikinci mərhələ qeydiyyat) və 3 avqust, 2022-ci il (son mərhələ qeydiyyat).
Mövzular: Kurikulumların inkişaf etdirilməsi; tədqiqat və inkişaf; təhsilin əsasları; təhsildə və tədqiqatda beynəlxalq çağırışlar; metodologiya və qiymətləndirmə; tədqiqatın idarə olunması və s.
Keçid: https://www.wcfeducation.org/about-conference/
Ödəniş: Ödənişli (tələbə müəlliflər – 240 – 310 avro; digər müəlliflər – 260 – 340 avro; dinləyicilər – 110-140 avro; virtual nümayəndələr – 120-160 avro)