Tələbələr üçün təcrübə proqramı

05 Oktyabr 2021
view
UNEC-in 4-cü kurs (əyani) və 5-ci (qiyabi) kurs tələbələrinin nəzərinə UNEC-in  Təcrübənin Təşkili Şöbəsi Hilton Baku oteli ilə birlikdə təcrübə proqramı təklif edir.

Otelin müxtəlif şöbələrinə təcrübəçi qəbul edilir:

  • İnsan Resursları

  • Maliyyə

  • Satınalma

  • Təsərrüfat şöbəsi

  • Qida və İçki şöbəsi

  • Satış və Marketinq

  • Qeydiyyat şöbəsi

  • SPA və

  • Mühəndislik şöbəsi.


*
Təcrübə proqramını bitirən tələbələr Hilton Baku tərəfindən təcrübəni təsdiqləyən sertifikat ilə təmin olunur. Tələbələr həftədə maksimum 30 saat, gündə isə maksimum 6 saat olmaqla təcrübə keçə bilərlər. Gündə bir dəfə qidalanma şirkət tərəfindən təmin olunur.

Təcrübəçiyə tələb yalnız UNEC tələbəsi olması və dil biliklərinə (ingilis, rus)  malik olmasıdır.

Maraqlanan və uyğun ixtisaslar üzrə namizədlər 15 oktyabr 2021-ci il tarixinədək CV-lərini Təcrübənin təşkili şöbəsinin aşağıda qeyd olunmuş elektron ünvanlarına göndərə bilər: [email protected][email protected]

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!