Tələbələrin diqqətinə: “Deloitte Accounting Bootcamp” layihəsinə start verilir

14 Mart 2023
view
Tələbələr

UNEC Karyera mərkəzinin və “Deloitte Azerbaijan”ın birgə təşkilatçılığı ilə “Deloitte Accounting Bootcamp” layihəsinə start verilir.

Layihənin məqsədi maliyyə və mühasibatlıq sahəsində tələbələrin biliklərinin gücləndirilməsi və müvafiq sferada mütəxəssis kimi yetişməsinə dəstək olmaqdır.

Bootcamp 23 aprel tarixində başlayacaq. İştirak etmək istəyənlər CV-lərini “Deloitte Accounting Bootcamp” qeyd etməklə [email protected] e-mailinə göndərməlidirlər.

Layihə üç ay müddətində, həftədə iki dəfə olmaqla şirkətin əsas ofisində keçiriləcək.

Əlaqələndirici struktur: UNEC Karyera mərkəzi

E-mail: [email protected][email protected]
Telefon: 1846 daxili 1132

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!