Tələbələrin maliyyə savadlılığının artırılması məqsədilə ödənişsiz sertifikatlı təlimlər keçiriləcək

19 Sentyabr 2020
view

Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) “Əhalinin izafi borclanmasının qarşısını almağa yönəldilmiş maliyyə-maarifləndirməsi tədbirləri” layihəsi çərçivəsində tələbələr üçün ödənişsiz onlayn təlimlər təşkil edəcək.


ABTM UNEC tələbələrini təlim sessiyalarına qoşulmağa və maarifləndirmə tədbirlərindən yararlanmağa dəvət edir.


Təlimlərin mövzuları:




  1. Asan kredit: alım ya qalım

  2. İstehlak kreditləri üzrə ödənişlərin xüsusiyyətləri

  3. Kredit potensialının hesablanması

  4. Zaminin hüquq və öhdəlikləri


*
İlk təlim 22 sentyabr saat 15:00-da keçiriləcək. Növbəti təlimlər isə müvafiq olaraq 23, 24 və 25 sentyabrda saat 15:00-də təşkil olunacaq. Təlimin müddəti 1 saatdır. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.


Təlimçi Nəriman İmranovdur


Qeydiyyat


Əlavə məlumat üçün əlaqə: (994-12) 4970710 / 11 / 12, (+994-50) 225-38-88. Elçin Quliyev, ABTM-nin meneceri

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!