“British Council” PASHA Bank ilə birgə artıq dördüncü ildir ki, həyata keçirdiyi ənənəvi “Gələcəyə Təşəbbüs” Yazı Müsabiqəsini elan edir. Ali təhsil müəssisələrinin tələbələri arasında həyata keçirilən bu müsabiqənin əsas məqsədi tələbələrə ölkənin iqtisadi inkişafı və sosial-iqtisadi islahatlarını müzakirə etmək üçün imkan yaratmaq, həmçinin, gəncləri Azərbaycanın gələcək inkişafında daha aktiv rol oynamağa sövq etməkdir.
Layihə aşağıdakı mərhələlərdən ibarətdir:
- Ali təhsil müəssisələri arasında müsabiqənin açıq elan edilməsi (cari elan);
- Müsabiqəyə maraq göstərən ali təhsil müəssisələrində təqdimatların keçirilməsi;
- Layihəyə ərizə ilə müraciət edən 18-21 yaş arası tələbələr üçün Böyük Britaniyada ali təhsil almış məzunlar tərəfindən yazı qabiliyyətlərinin inkişafı üzrə təlimlərin keçirilməsi;
- Təlimlərdə iştirak edən tələbələr tərəfindən təqdim olunan sosial və iqtisadi cəhətdən aktual mövzular üzrə esselərin qəbulu;
- British Council və PAŞA Bankın nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən esselərin qiymətləndirilməsi;
- Esseləri seçilmiş tələbələrin münsiflər heyəti ilə müsahibələrinin keçirilməsi və qaliblərin müəyyən edilməsi;
- Qaliblərinmükafatlandırılması.
Layihə çərçivəsində qalib olacaq iştirakçılar 2015-ci ilin iyul və avqust aylarında Birləşmiş Krallığın ən qabaqcıl ali təhsil müəssisələrindən birində Yay Məktəbində təhsil almaq hüququ qazanacaqlar.
Layihədə iştirak etməkdə maraqlı olan ali təhsil müəssisələrini [email protected] e-maili vasitəsilə “British Council”a müraciət etməyini xahiş edirik. Müraciətdə ali təhsil müəssisəsinin layihəyə marağı barədə qısa məlumat verilməlidir. Müraciətlərə “British Council” və PASHA Bank tərəfindən birgə baxılaraq seçiləcəkdir.
Müraciət üçün son tarix 20 Mart 2015-ci ildir.