Rəqəmsal İnkişaf Agentliyinin və Azərbaycan Beynəlxalq Bankın ABB İnnovasiya Mərkəzi və İnnovasiya və tərəfdaşlığı ilə “Hackathon Startup Challenge” təşkil olunacaqdır.
Daşınmaz əmlak məlumatlarının təhlili, rəqəmsal ipotekada müştəri təcrübəsi, virtual daşınmaz əmlak səyahəti, mənzil ekosisteminin qurulması, daşınmaz əmlak aqreqatoru mövzuları 4-cü ABB “Hackathon Startup Challenge”-ın əsas istiqamətləridir. Müraciətçilər bu istiqamətləri ilə yanaşı digər sahələr üzrə olan innovativ həlləri ilə də müsabiqəyə qatıla bilərlər.
Siz müsabiqəyə qatılaraq:
- müxtəlif sektorlar üzrə beynəlxalq təcrübəyə malik mütəxəssislərlə müzakirələr;
- ideyanızın inkişafı üçün davamlı mentor dəstəyi və təlimlər;
- inkubasiya mərhələsinə keçid;
- ideyanızın yekun işlək məhsula çevrilməsi;
- və 10000 AZN-dək investisiya yatırımı qazana bilərsiniz.
4-cü ABB “Hackathon Startup Challenge-a həm fərdi, həm də komanda şəklində müraciət edə bilərsiniz. Müraciət üçün xüsusi yaş limiti yoxdur. Sən də ideyanı bizimlə reallaşdır!
Son müraciət tarixi 15 may.
Əlaqə telefonu: (+994 12) 493 00 91
abbinnovation.az
Ünvan: Neftchi Gurban 29
Əlaqələndirici struktur: UNEC Karyera mərkəzi
Email: [email protected]
Tel: 1846 daxili 1132