Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “PAŞA Bank” tərəfindən rəqəmsal incəsənət müsabiqəsi elan edilir.
Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar yaratdıqları əsərləri 10 may-10 iyun tarixləri arasında təqdim etməlidirlər. Tələblərə uyğun gələn əsərlər Azərbaycanın rəqəmsal incəsənət və marketinq sahəsinin aparıcı simalarının təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. İlk 3 yerin qalibləri müvafiq olaraq 5000 AZN, 3000 AZN, 1000 AZN dəyərində mükafat ilə təltif olunacaqlar.