Tələbələrin nəzərinə: Qərbi Makedoniya Universitetinə ERASMUS + mübadilə proqramı ilə qəbul başlayıb

22 Noyabr 2021
view

Yunanıstanın Qərbi Makedoniya Universiteti (QMU) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında tələbələr üçün Erasmus+ mübadilə proqramına qəbul elan edilir.


Proqram haqqında ətraflı məlumat aşağıdakı kimidir:

Tələbələr üçün Erasmus+ proqramının əsas şərtləri:

Beynəlxalq mobillik 2019-2022: QMU-UNEC

























UNEC ilə Qərbi Makedoniya- Yunanıstan Universiteti arasındakı mobillik
Fəaliyyət İstiqamət İştirakçıların sayı Mobillik müddəti
Tələbələrin Təhsil üçün Mobilliyi Azərbaycandan KozaniyəYunanıstan, Kastoriya 1 5 gün
Təcrübə üçün Tələbə Mobilliyi Azərbaycandan KozaniyəYunanıstan, Kastoriya 1 6 gün

 

  • Xarici universitetə təhsil haqqı ödənilmir;

  • Tələbələrin geri dönüş bileti və aylıq təqaüd alırlar (təqaüdün məbləği ölkədən asılı olaraq dəyişir. Təqaüd yaşayış, yemək və digər xərcləri əhatə edir);

  • Təhsil müddəti – təhsil üçün 5 ay, staj üçün 6 ay;

  • Müsabiqə yalnız siyahıya alınmış namizədlər üçün keçiriləcək;

  • Orta GPA 95-dən yuxarı olmalıdır;

  • Tələbələr UNEC-in bakalavr pilləsində birinci və ya ikinci kurs tələbəsi, magistratura pilləsində birinci və ya ikinci kurs tələbəsi və ya doktorant olmalıdır;

  • Beynəlxalq ingilis dili sertifikatına malik olmalıdır (minimum bal: IELTS 7.5).


*
Tələb olunan sənədlər:


  1. Akademik transkript;

  2. Niyyət məktubu (ingilis dilində motivasiya məktubu);

  3. CV (ingilis dilində);

  4. Xarici pasport.


*
Müraciət üçün son tarix: 30 noyabr 2021-ci il

Sənədlər aşağıdakı ardıcıllıqla “pdf” formatında [email protected] elektron poçt ünvanına təqdim edilməlidir.

QEYD:

  • Yalnız seçilmiş tələbələr müsahibəyə dəvət olunacaqlar;

  • Eyni kriteriyalara cavab verən yuxarı kurs tələbələrinə üstünlük veriləcək;

  • Mübadilə proqramı COVID-19 pandemiyasına bağlı məhdudiyyətlərdən asılı olaraq təxirə salına və ya ləğv edilə bilər.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!