UNEC-in Təcrübənin təşkili şöbəsi ölkənin aparıcı banklarından biri olan Rabitəbank ASC ilə birgə tələbələrə təcrübə toplamaq üçün yeni imkanlar yaradır.
Tələblər:
- Mükəmməl rus dili biliyinə malik olmaq;
- Bank sahəsi ilə tanış olmaq arzusu;
- Təcrübə qazanmaq istəyi;
- Müştəriyönümlülük;
- Stressə davamlılıq;
- Yüksək ünsiyyət qurmaq və komandada işləmək bacarığı.
Təcrübə proqramının Bakı və Gəncə filiallarında keçirilməsi nəzərdə tutulub. Layihə 3 ay davam edəcək və part time (yarım gün) iştirak etmək imkanı yaradılacaq.
Maraqlananlar [email protected] e-poçt ünvanına “Helping Hands təcrübə proqramı” başlığı ilə mücaiət edə bilər.
Son müraciət tarixi: 22.12.2021