Oktyabrın 4-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Gənclər Təşkilatının (TGT) VII hesabat-seçki konfransı keçiriləcək. Konfransda TGT sədrinin vəzifəsinin icra müddətinin bitiməsi elan ediləcək və yeni sədrin seçkisi keçiriləcək.
Konfransda TGT-nin sədri Yusif Məmmədzadə bir illik fəaliyyəti barədə hesabat verəcək. Sonra TGT-nin İdarəetmə Şurası tərəfindən yeni sədr seçilərək, müavinlər təyin olunacaq.