23-25 aprel 2020-ci il tarixlərində Türkiyənin Kapadokiya şəhərində İqtisadiyyat, Enerji və Ətraf Mühit beynəlxalq konfransı (İCEEE2020) keçiriləcək.
İCEEE2020 konfransının əsas məqsədi iqtisadçıları, mühəndisləri, siyasətçiləri, sənaye iştirakçılarını və tələbələri qlobal nöqteyi-nəzərdən iqtisadiyyat, enerji və ətraf mühit sahəsində yeni ideyaların, mövzuların və tədqiqatların aşkara çıxarılması üçün bir araya toplamaqdır. Təşkilat Komitəsi tədqiqatçıları və tələbələri məqalələri ilə konfransda iştirak etməyə dəvət edir.
Son müraciət tarixləri:
Son göndərilmə tarixi (xülasə və tam məqalə) | 30 mart 2020 |
İlkin qeydiyyat tarixi | 15 yanvar 2020 |
Qeydiyyatın son tarixi | 15 aprel 2020 |
Konfrans tarixi | 23 aprel 2020 |
Konfrans şərtlərinə uyğun olaraq təqdim olunan məqalələr müvafiq ixtisaslar üzrə peşəkar rəyçilər tərəfindən elmi nöqteyi-nəzərdən dəyərləndirilir. Təqdim olunan məruzə müəlliflərinə iki həftə ərzində fərdi şəkildə məlumat verilir. Məqalənin tam şəkildə (qoyulan texniki tələblərə uyğun) təqdim olunması onun SCI / ADBC / Scopus indeksli jurnallarda nəşrinə imkan yaradacaqdır. Əks təqdirdə, xülasəniz yalnız konfrans materialları toplusunda dərc ediləcəkdir. Məqalələrinizi təqdim etmək üçün linkinə daxil olaraq əlavə məlumat əldə edə bilərsiniz.
Əsas mövzular
Enerji | Ətraf mühit |
Blockçain texnologiyası və bərpa olunan enerji | Kənd təsərrüfatı-Qida-Ətraf mühit |
Enerji planlaşdırması, modelləşdirmə və proqnozlaşdırma | İqlim, Ticarət, İnkişaf və Siyasət |
İqtisadiyyat və Enerji siyasəti | Ekologiya, Ekosistemlər və Landşaft |
Elektrik / Təbii Qaz Ehtiyatları | Ətraf mühit və statistik ekologiya |
Enerji və Davamlılıq | Ətraf Mühit Mühafizəsi və Paris Sazişi |
Enerji səmərəliliyi və qənaət | Ekoloji təhlükəsizlik qaydaları |
Enerji Maliyyəsi: Hüdudlar və Gələcək İnkişaf | Ekoloji Davamlılıq və İnkişaf |
Enerji qiymətləri- Makro iqtisadi əlaqələr | Ətraf mühitin qiymətləndirilməsi və kimyəvi maddələrin idarə edilməsi |
Davamlı İnkişaf və Enerji resursları | Alternativ Enerji Resurslarının ətraf mühitə təsirləri |
İqtisadiyyat | |
Kuznets Əyrisi ilə yeni yanaşmaları ətraf mühitə tətbiqi | |
Karbon Vergi Siyasəti | |
Enerji Sistemləri iqtisadiyyatı | |
Ekonomterika, Enerji bazarları və Ekoloji təsirlər | |
Enerji və Xərclərə potensial qənaət | |
Ətraf mühit və İqlim dəyişikliyinin iqtisadi aspektləri | |
Enerji bazarları və Makroekonomik indiqatorlar | |
Qida İqtisadiyyatı |
Konfrans haqqında geniş məlumat linkində göstərilmişdir.
Konfransın keçirilmə ünvanı:
DoubleTree,Hilton Hotel Avanos – Cappadocia
Yeni Kızılımak cadesi.No:1, 50500 Avanos/Nevşehir
Əlavə məlumat almaq üçün EFTİED “Elmmetrika” şöbəsinə müraciət edə bilərsiniz: 4927298