Türkiyənin İstanbul Aydın Universitetində yaz semestri üçün mübadilədə iştirak etmək hüququ

21 Noyabr 2016
view
UNEC-in bakalavr və magistrləri Türkiyənin İstanbul Aydın Universitetində yaz semestri üçün mübadilədə iştirak etmək hüququ qazana bilərlər

 

Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:
1.Bakalavr və ya magistr pilləsində təhsil almalı;
2.Minimum orta qiymət 75 (100 ballıq qiymətləndirmə sistemində) bal olmalı;
3.İngilis və ya Türk dillərində əla qavrama, yazı və danışıq qabiliyyətinə sahib olmalıdırlar.

Tələb olunan sənədlər:
1. Transkript (ÜOMG göstərilməklə)
2. Tədris protokolu (LEARNING AGREEMENT FOR APPLICANTS OF ERASMUS+)
3.İngilis dili və ya Türk dili biliyini təsdiq edən sənəd: arayış və ya seritifikat (TOEFL, IELTS)
4. Motivasiya məktubu (IngilisvəyaTürkdilində)
5. Xarici Pasportun surəti
6.Tələbə bileti
7. 3×4 şəkil – 2 ədəd

İstanbul Aydın Universitetinin dərs kodlarını müvafiq fakültələr üzrə bu linkdən əldə etmək olar: http://iktisadiveidaribilimler.aydin.edu.tr

Müraciət müddəti
Müraciət üçün son tarix: 2dekabr 2016-cıil.
Ətraflı məlumat üçün: UNEC-in Beynəlxalq əlaqələr departamenti, (012) 492 60 45

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!