Aşağıda qeyd olunan sənədləri təqdim etmək lazımdır:
1. Diplomun surəti (notarial qayda da təsdiqi) (1 ədəd);
2. Diploma əlavənin surəti (notarial qayda da təsdiqi) (1 ədəd);
3. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (3 ədəd);
4. 4 ədəd ¾ ölçüdə rəngli fotoşəkil;
5. Cari ilin məzunları bitirdikləri universitetdən tam kursu bitirmək haqqında arayış;
6. Təhsil haqqını tam ödəyənlər qəbzin əsli və surəti - 3000 AZN;
7. Təhsil haqqını tam ödəməyən I kurs tələbələr təhsil haqqının 50%-i qeydiyyatdan keçərkən, qalan 50%-i isə 10.02.2018-ci il tarixinədək ödəməlidir.
8. Əlil və hər iki valideyni rəhmətə getmiş magistrantlar üçün aşağıdakı sənədləri gətirmələri mütləqdir
(18 yaşına qədər valideyni rəhmətə gedənlərə aiddir):
- şəxsiyyət vəsiqəsinin əsli və surəti (1 ədəd);
- doğum haqqında şəhadətnamənin surəti (1 ədəd);
- nigah haqqında şəhadətnamənin surəti (1 ədəd);
- ölüm haqqında şəhadətnamənin surəti (1 ədəd);
- valideyin(ləri)nin əlillik haqqında sənədinin əsli və surəti (1 ədəd);
9. Məcburi köçkün olan magistrantlar üçün aşağıdakı sənədləri gətirmələri mütləqdir:
- valideyinlərinin və özünün məcburi köçkün vəsiqəsinin əsli və surəti (1 ədəd);
- valideyinlərinin və özünün şəxsiyyət vəsiqəsinin surəti (1 ədəd);
- doğum haqqında şəhadətnamənin surəti (1 ədəd);
- nigah haqqında şəhadətnamənin surəti (1 ədəd);
Sənədlər hər gün 29.06.17-ci il tarixdən 10.07.2017-ci il tarixədək saat 1000dan - 1700 dək qəbul edilir.
Qeyd 1: Nahar fasiləsi saat 1300-1400
Qeyd 2: Sənədlər şənbə və bazar günləri qəbul edilmir.
Sənədlərin qəbulu: Otaq 416