UNEC-də “Azərbaycanin iqtisadi inkişaf strategiyasi” mövzusunda Respublika elmi konfransı keçiriləcək

10 Oktyabr 2019
view

24 dekabr 2019-сu il tarixində UNEC-də “Azərbaycanin iqtisadi inkişaf strategiyasi” mövzusunda Respublika Elmi konfransı keçiriləcək.


Konfransda elmi məruzələrlə iştirak etmək arzusunda olanlar üçün məqalələrin  tərtibinə aşağıdakı tələblər qoyulur:




  • Konfransa təqdim edilən məqalədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir.

  • Məqalədə müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, elektron ünvanı və əlaqə nömrəsi bildirilməlidir.

  • Məqalələr 6-8 səhifə (A4) olmalıdır. Məqalələr 12 ölçudə, 1.5 intervalla, Times New Roman şrifti ilə yazılmalı, kənarlardan (soldan 30 mm, sağdan 10 mm, yuxarıdan 20 mm, aşağıdan 20 mm) boşluq buraxılmalıdır.

  • Məqalənin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məqalələrə ingilis və rus dillərində, rus dilində yazılmış məqalələrə Azərbaycan və ingilis dillərində, ingilis dilində yazılmış məqalələrə isə Azərbaycan və rus dillərində) xülasə və açar sözlər (hər üç dildə) verilməlidir.


Məqalələr 08 noyabr 2019-cu il tarixinədək [email protected]  elektron ünvanına və yazılı formada müəllif tərəfindən UNEC-in əsas tədris binası EFTİED (otaq 128) təqdim olunmalıdır.


Qoyulan tələblərə cavab verməyən məqalələr qəbul olunmayacaq.


Ətraflı məlumat: (012) 492-72-98   


Müzakirə mövzuları


1.Milli iqtisadiyyatın perspektivi üzrə strateji yol xəritəsinin başlıca məqsəd və hədəfləri baxımından Azərbaycanın iqtisadi inkişaf strategiyasının prioritetləri.


2.Azərbaycanda bilik iqtisadiyyatı və informasiya cəmiyyətinin formalaşması və inkişafının əsas istiqamətləri.


3.Post-neft mərhələsində Azərbaycanda iqtisadi inkişafın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və iqtisadi təhlükəsizliyinin təmin edilməsinin əsas istiqamətləri.


4.Qeyri-neft sənayesinin üstün inkişafı, diversifikasiyası və ixrac potensialının artırılması və imkanları.


5.Azərbaycanda regional və aqrar inkişafın imkan və perspektivləri.


6.Müasir dövrdə Azərbaycanda vergi - uçot və audit sisteminin təkmilləşdirilməsi iqtisadi və kommersiya fəaliyyətinin şəffaflıgının təmin edilməsi amili kimi.


7.Azərbaycanın iqtisadi inkişaf strategiyası kontekstində dayanıqlı fiskal və effektiv monetar siyasətin tətbiqinin prioritet istiqamətləri


8.Azərbaycan qlobal iqtisadiyyat sistemində: çağırışlar, imkanlar və perspektivlər.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!