UNEC-də əcnəbi tələbələr üçün sadələşdirilmiş qəbul prosesi davam edir

16 Sentyabr 2016
view
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2016/2017-ci tədris ili üçün əcnəbi tələbələrin sadələşdirilmiş elektron qəbulunu davam etdirir. Müraciət edən əcnəbi vətəndaşlar sadələşdirilmiş kabinet.unec.edu.az saytından istifadə edə bilərlər. Sənədlərin elektron variantına UNEC-in Beynəlxalq Əlaqələr Departamentində baxıldıqdan sonra müraciət edən şəxslər müsabiqəyə dəvət olunur. Müraciət edən şəxsin müsabiqədə iştirakı mümkün olmadıqda istəyə uyğun olaraq, müsabiqə skype və ya telefon vasitəsilə aparılır. Bu haqda onların şəxsi kabinetlərinə və elektron ünvanlarına bildirişlər göndərilir.

Qeyd: Ötən ildən etibarən ilk dəfə tətbiq edilməyə başlayan elektron qəbul UNEC-də təhsil almaq istəyən əcnəbi vətəndaşlar üçün universitetə gəlmədən dünyanın istənilən yerindən asanlıqla müraciət etməyə imkan verir.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!