UNEC-də elmi-praktiki seminara qeydiyyat başlayıb

01 Fevral 2018
view

Fevralın 6-da UNEC-də elmi-praktiki seminar keçiriləcək.


Seminar “FEYK elmi və akademik etika: müasir çağırışlar və yeni institutların inkişafı” mövzusunda olacaq. Seminarda Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı, İstanbul Universitetinin prorektoru, professor Sedat Murat, BDU-nun professoru Kamil Səlimov və “Applied and Computational Mathematics” beynəlxalq jurnalının aparıcı redaktoru (2002-2017), professor Yusif Qasımov məruzəçi qismində çıxış edəcək. Seminarın moderatoru UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov olacaq.


UNEC-in əsas tədris binasında keçiriləcək seminarın sonunda iştirakçılara sertifikat təqdim olunacaq.


Seminarda iştirak etmək istəyənlər UNEC-in Elm şöbəsinə (İstiqlaliyyət küçəsi 6, otaq 128, tel.: 492-72-98) müraciət edə bilər.


“FEYK elmi və akademik etika: müasir çağırışlar və yeni institutların inkişafı” mövzusunda elmi-praktiki seminar

 

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!