UNEC-də “Fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb olunması” mövzusunda onlayn seminar keçiriləcək

19 Noyabr 2021
view

seminarUNEC-də Analitik-İnformasiya Resursları Mərkəzinin rəhbəri Esmira Əhmədovanın moderatorluğu ilə “Fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb olunması” mövzusunda onlayn seminar keçiriləcək.


Mövzu ətrafında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Rəşad Əhmədov təqdimatla çıxış edəcək.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və Analitik-İnformasiya Resursları Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

24 noyabr 2021-ci il tarixində saat 15.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/91619600436 linki vasitəsilə qoşula bilərsiniz.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaqdır.

Seminarı izləmək üçün https://www.facebook.com/UNEC-T%C9%99dqiqat-M%C9%99rk%C9%99zl%C9%99ri-101090375171032/ linkinə keçid edə bilərsiniz.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!