UNEC-də gənclər üçün növbəti layihə: “Gənc müəllimlər-2”

19 Noyabr 2018
view

UNEC-də növbəti “Gənc müəllimlər - 2” layihəsinə start verilir.


Gələcəyini müəllimlik peşəsinə həsr etmək arzusunda olan, tələbələrlə çalışmağa həvəs göstərən, ünsiyyətcil, öz bilik və bacarıqlarını daim təkmilləşdirən, innovativ tədrisə üstünlük verən hər kəsi UNEC-in gənc müəllim kollektivinə qoşulmağa dəvət edirik.

Azərbaycan, rus, ingilis və türk dillərində tədris apara biləcək, UNEC-in Bakı korpusu və Zaqatala filialında çalışmaq arzusunda olanlar CV-lərini 20 dekabr 2018-ci il tarixinə qədər [email protected] ünvanına göndərə bilər.

Namizədlərin minimum magistr dərəcəsinin olması əsas şərtdir. Müraciətləri müsbət dəyərləndirilmiş namizədlərlə fərdi müsahibə təşkil ediləcək.

Müəllim adını zirvədə qoruyacaq hər kəsi UNEC kollektivində görməyə şad olarıq!

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!