UNEC-də iqtisadyönümlü tədqiqatçılar üçün “Erməni dili kursları” təşkil olunur

12 Sentyabr 2020
view

UNEC-də fəaliyyət göstərən Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi tərəfindən ödənişsiz “Erməni dili kursları” təşkil olunur.


Kurslar onlayn şəkildə həyata keçiriləcək.  Kurslarda iqtisadiyyat sahəsi üzrə ali təhsil almış və gələcəkdə mərkəzdə tədqiqatçı kimi çalışmaq istəyən şəxslər iştirak edə bilərlər.


Məlumat üçün bildiririk ki, Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinə Türkiyənin Erciyes Universitetinin Ermənişünaslıq bölümünün rəhbəri, görkəmli jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, Erciyes (Türkiyə, Kayseri) Universitetinin professoru Qafar Mehdiyev rəhbərlik edir.


Onlayn kurslara qoşulmaq istəyənlər CV-lərini [email protected] elektron ünvana göndərə bilərlər. Uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.


Qeydiyyatdan keçmək üçün son tarix: 22.09.2020
Təşkilatçı: Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!