UNEC-də “İslam iqtisadiyyatında biznes etikası” mövzusunda panel müzakirə keçiriləcək

14 Aprel 2022
view

IMG-20220415-WA000615 aprel 2022-ci il tarixində UNEC-də İslam Maliyyə Mərkəzinin rəhbəri professor Zahid Məmmədovun moderatorluğu ilə prof. Məhəmmədhəsən Meybullayevin xatirəsinə həsr olunmuş “İslam iqtisadiyyatında biznes etikası” mövzusunda panel müzakirə keçiriləcək.


Müzakirələrdə «Biznesin idarə edilməsi» kafedrasının müdiri dos. Məhəmməd Əliyev, «Azərbaycan dili» kafedrasının müdiri prof. Tofiq Əbdülhəsənli, İlahiyyət İnstitutunun kafedra müdiri f.ü.f.d. Əhməd Niyazov, Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin rəhbəri dos. Sərvinaz Xanlarzadə, «Muğanbank» Həyat filialının direktoru i.ü.f.d. Emin Aslanlı, Unikapital Investment Company baş menecerin müşaviri Vüqar Namazov, «Biznesin idarə edilməs» kafedrasının baş müəllimi Əlislam Qasımov iştirak edəcəklər. Tədbirdə Azərbaycanda İslam maliyyə institutlarının fəaliyyətinin hüquqi tənzimlənməsi, Azərbaycan bank sistemində islam maliyyə fondlari: imkanlar və perspektivlər, İslam kapital bazarının real iqtisadiyyata təsiri və s. mövzularda məruzələr dinləniləcək.

Tədbir Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi, UNEC İslam Maliyyə Mərkəzi, Meybullayev İslam İqtisadiyyatı Mərkəzi və Biznesin idarə edilməsi kafedrasının təşkilatçılığı ilə baş tutacaq.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!