Tələbələrin nəzərinə – karyera gününün vaxtı dəyişdirilib

23 Aprel 2018
view

kart


Əziz tələbələr!

Aprelin 30-da UNEC Karyera Mərkəzinin Azərikard MMC ilə birlikdə keçirəcəyi “Karyera günü”nün vaxtı dəyişdirilərək, mayın 7-nə keçirilib.

Tədbirə informasiya texnologiyaları və proqramlaşdırma, xidmət sahələri, iqtisadiyyat və insan resursları ixtisaslarında təhsil alan tələbələr dəvət olunurlar. Tələbələrin seçilməsi 3 mərhələdə aparılacaq:




  1. İlkin müsahibə;

  2. İlkin təcrübə (1 həftə);

  3. Tam təcrübə (1 ay).


*
Uğurlu nəticə göstərən tələbələrin işlə təmin edilməsi nəzərdə tutulur. Həmçinin tam təcrübə dövründə tələbələr məvacib alacaqlar.


Tədbirdə iştirak etmək istəyən tələbələr aprelin 26-dək CV-lərini [email protected] elektron ünvanına göndərə bilər. Elektron poçtun “mövzu” bölməsində “Azərikard – karyera günü” yazmağınız xahiş olunur.


Karyera günü saat 10:00-da başlayacaq və 13:00-dək davam edəcək. Tədbir UNEC-in əsas tədris binasının III mərtəbəsində, 305 saylı otaqda keçiriləcək.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!