UNEC-də “Səhiyyə iqtisadiyyatının tədrisi: dünya təcrübəsi və Azərbaycan nümunəsi” mövzusunda onlayn seminar keçiriləcək

23 May 2022
view

seminarUNEC-də Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin rəhbəri dosent Sevda Məmmədovanın moderatorluğu ilə “Səhiyyə iqtisadiyyatının tədrisi: dünya təcrübəsi və Azərbaycan nümunəsi” mövzusunda onlayn seminar keçiriləcək.


Seminarda UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin tədqiqatçıları - İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin professoru Andrey Kulikov və “AZƏRİMED” LTD-nin “Tibbi avadanlıqlar” şöbəsinin müdiri Fərid Cavadov mövzu ətrafında məruzələrlə çıxış edəcəklər.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

24 may 2022-ci il tarixində saat 12.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/94354824159 (şifrə: 056608) linkinə keçid etməklə qoşula bilərsiniz.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Seminarı Facebook səhifəsi üzərindən canlı yayımlanacaqdır.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!