UNEC-də vebinar: Yeni bazarlar və kəskin rəqabət

14 İyun 2021
view

vebinarUNEC-də “İnkişaf etməkdə olan ölkələrin ümumdünya ticarətdə dəyişən mövqeləri: Yeni bazarlar və kəskin rəqabət” mövzusunda vebinar keçiriləcək.


Tədbir Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin rəhbəri Sənnur Əliyevin moderatorluğu ilə aparılacaq.

Vebinarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və  ÜTT şöbəsinin müdir müavini Gülçin Ələsgərova və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun Beynəlxalq Əlaqələr Departamentinin direktoru Firuzə Hüseynova məruzələrlə çıxış edəcəklər.

Vebinar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

18 iyun 2021-ci il tarixində saat 11.00-da keçiriləcək Vebinara ZOOM platforması üzərindən linki  vasitəsilə qoşula bilərsiniz.

Vebinar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!