UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri Xətai Alıyevin təqdimatı ilə “Vətən müharibəsinin cəmiyyətdə düşüncə transformasiyasına və əhalinin həyat məmnuniyyətinə təsiri” mövzusunda onlayn seminar keçiriləcək.
Seminarda Vətən müharibəsinin qeyri maddi və maddi faktorlar üzərindən cəmiyyətdə əhalinin həyat məmnuniyyətinə təsirlərinin sosial sorğu vasitəsilə araşdırmaları və əldə olunan nəticələr müzakirə olunacaq.
Seminar UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Empirik Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.
15 mart 2021-ci il tarixində saat 17.30-da keçiriləcək onlayn seminara ZOOM platforması üzərindən https://zoom.us/j/98837104300 linki vasitəsilə qoşula bilərsiniz.