Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
2019-cu il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.
Qəbul qaydaları:
1. Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. “Elmlər doktoru” elmi dərəcəsi almaq üçün “fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi sayılan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri, 2 il elmi-pedaqoji iş stajı və minimum 3 beynəlxalq nüfuzlu jurnallarda məqalə dərc etdirən namizədlərə üstünlük verilir.
2. Doktorantura və ya dissertanturaya müraciət haqqında ərizə universitet rektorunun adına yazılır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
- kadrların şəxsi qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 ölçüdə)
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi əsərlərin siyahısı (surətləri əlavə edilməklə) və ya seçilmiş ixtisas üzrə 20-25 səhifəlik referat;
- ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin surətlərinin notarial qaydada təsdiqi (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması haqqında Təhsil Nazirliyinin şəhadətnaməsi);
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- fəlsəfə doktoru (elmlər namizədi) diplomunun surətinin notarial qaydada təsdiqi (elmlər doktoru proqramı üzrə sənəd verənlər üçün).
3. Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
4. Hər imtahan başa çatdıqdan sonra onun nəticəsi elan olunur. Birinci imtahandan kafi qiymət alan şəxslər növbəti imtahanlara buraxılı
5. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli doktorantuların yaradılması və doktoranturaya qəbul qaydalarına müvafiq olaraq aparılır.
6. Doktorantura və ya dissertanturaya sənədlərin qəbulu 10 dekabr 2019-cu il tarixindən 28 dekabr 2019-ci il tarixindək həftənin I-V günləri saat 10.00-dan 16.00-dək aparılacaqdır.
Ünvan: Bakı şəh., İstiqlaliyyət küçəsi 6, UNEC-in Əsas binası, Doktorantura şöbəsi (otaq 414). Tel.:492-88-87