UNEC-ə qəbul olmaq istəyən əcnəbi vətəndaşların nəzərinə: Sənəd qəbulu başlayıb

16 May 2023
view
Qəbul

UNEC-də 2023/2024-cü tədris ili üçün əcnəbilərin sənəd qəbuluna başlanılıb.

Əcnəbilər ixtisaslardan asılı olaraq, aşağıda qeyd olunan tədris dillərində təhsil ala bilərlər.

  • Azərbaycan dili
  • İngilis dili
  • Türk dili
  • Rus dili

Əcnəbilərin qəbulu elektron formada həyata keçirilir. Namizədlər qəbul üçün https://portal.edu.az/ internet səhifəsinə müraciət etməlidirlər.

Portalda qeydiyyatdan keçmək üçün təlimat: https://www.youtube.com/watch?v=9NR_dBGOooM&ab_channel=icteduaz

Qəbul üçün lazım olan sənədlər:

Bakalavr pilləsi üçün

  • Attestat
  • Attestatın apostili (əgər attestat xarici ölkədə alınıbsa)
  • Attestatın Azərbaycan dilinə notarial tərcüməsi (əgər attestat xarici dildədirsə)
  • Pasport
  • CV
  • Fotoşəkil 3×4 ölçüdə

Magistratura pilləsi üçün

  • Bakalavr diplomu, qiymət cədvəli və diplom əlavəsi
  • Bakalavr diplomunun, qiymət cədvəlinin və diplom əlavəsinin apostili və notarial tərcüməsi (əgər diplom xarici ölkədə alınıbsa)
  • Pasport
  • CV
  • Fotoşəkil 3×4

Doktorantura pilləsi üçün

  • Bakalavr və magistr diplomları, qiymət cədvəlləri və diplom əlavələri
  • Bakalavr və magistr diplomlarının, qiymət cədvəlinin və diplom əlavələrinin apostili və notarial tərcüməsi (əgər diplomlar xarici ölkədə alınıbsa)
  • Bakalavr və magistr diplomlarının tanınması (nostrifikasiya)
  • Pasport
  • CV
  • Fotoşəkil 3×4

Sənəd qəbulu üçün son tarix: 31 avqust 2023-cü il.

Dərslərin 15 sentyabr 2023-cü il tarixində başlanması nəzərdə tutulub.

Əlaqə və suallar üçün: [email protected]

20 may-30 avqust 2023-cü il tarixlərində həftəiçi hər gün saat 11.00-dan 11.30 –a kimi online kosultasiyalar Zoom proqramı üzərindən aparılacaq.

https://zoom.us/j/98302231029?pwd=Y3EyZTdSWC9pQTA2TlZnM2x4QkhXUT09

Kod: 123456

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!