UNEC əməkdaşı, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyevanın 26 aprel, 2022-ci il tarixində İsveçrənin tanınmış St. Qallen Universitetinin Siyasi elmlər və iqtisadiyyat məktəbində (SEPS) “Qarabağ kontekstində əqli mülkiyyət hüquqlarının siyasiləşdirilməsi” mövzusunda tədqiqat seminarı olacaq.
Tədqiqat seminarı siyasi elmlərdə mövcud tədqiqatların təqdimatı və müzakirəsi üçün forum rolunu oynayır və 10 ildir ki, universitetin siyasi elmlər və iqtisadiyyat məktəbi tərəfindən beynəlxalq siyasi platforma kimi çıxış edir. Seminarda müxtəlif ölkələrin siyasi alimləri, tədqiqatçı və doktorantları siyasi və iqtisadiyyat elmləri sahəsində aktual müzakirələr aparırlar.
Seminar kampusda, Müller-Friedberg-Strasse küçəsi 6|8, zal 52-5120-də baş tutacaq.
ƏTRAFLI MƏLUMAT