UNEC-in 90 illik yubileyinə həsr olunan şahmat turniri keçiriləcək

01 İyun 2020
view

shahmat_turniriUNEC-in İdman klubunun təşkilatçılığı ilə universitetin 90 illik yubileyinə həsr olunan onlayn şahmat turniri keçiriləcək.


Şahmat turniri iyunu 8-də saat 11:00-da “Chess.com” saytı üzərindən təşkil olunacaq. Turnir UNEC tələbələri arasında 3 mərhələdən ibarət olacaq. Bütün iştirakçılar eyni vaxtda oyuna başlayacaqlar. Bir oyunun müddəti hər oyunçuya  5 dəqiqə və hər gedişə görə +3 saniyə  əlavə vaxt veriləcək. İştirakçıların say tərkibi 27 may-7 iyun 2020-ci il tarixlərdə qeydiyyatdan keçənlərin sayına uyğun olaraq müəyyən ediləcək. Yarışlar oyunçuların sayından asılı olaraq “İsveçrə sistemində” keçirilir.


Qaliblər diplom, medal və hədiyyə ilə təltif olunacaqlar.


Ətraflı məlumat üçün Mahmud Mustafayev, (055) 8713637 və (051)3708548 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!