Elektron Sənəd Dövriyyəsi Sistemi istifadəçilərə aşağıdakı yeni imkanları yaradacaq:
- Yeni sənədlərin yuxarı paneldən rahat yaratmaq imkanı;
- Razılaşdırmada olan sənədlərin müəllif tərəfindən geri çağırmaq imkanı;
- Açar sözlə axtarış imkanı;
- Sistemin sonuncu “Google Brouser”-in versiyasının dəstəklənməsi;
- Qoşmaların sənədin təsvirin aşağı hissəsində yerləşməsi və sürüşdürərək (Drag and Drop) əlavə edilməsi imkanı;
- Yönləndirilmiş tapşırıqları geri çağırmaq və digər icraçıya yönləndirmək imkanı;
- Dərkənar şablonların yaradılması imkanı;
- Seçilmiş və yarlıqlara sənədlərin əlavə edilməsi (toplanılması);
- Təlimatlar bölməsi;
- Sistemin rəng çalarları və bəzi formaları;
Yeniləndikdən sonra Sistemdən istifadə etmək (sənədləri imzalamaq) üçün hər bir işçi yerində yeni “Plugin”-lərin quraşdırılması zərüridir.
Elektron Sənəd Dövriyyəsinin yeni İstifadəçi Təlimatlarla və “Plugin”-lərin quraşdırılması qaydaları ilə sistemdə yaradılmış “Təlimatlar” bölməsində tanış omaq olar.