UNEC-in IV kurs tələbələrinin nəzərinə!

19 May 2022
view

UNEC-in Təcrübənin təşkili şöbəsi və Karyera mərkəzi Türkiyənin məşhur “KARACA” şirkətinin “KARACA Academy” layhəsinə uyğun olaraq, 2022-ci ilin məzunları üçün təcrübə proqramını təqdim edir!


Mərhələli dəyərləndirmələr nəticəsində, seçiləcək yeni məzunlar “Karaca” şirkətində marketinq, maliyyə, insan resursları və logistika üzrə təcrübə keçərək, real iş mühiti ilə tanış olub, uğurlu karyera həyatına başlayacaqlar. Təcrübə müddəti ödənişlidir. Təcrübə proqramını uğurla başa vuranlar şirkətin baş ofisində işlə təmin olunacaqlar.

Namizədlərə tələblər:

  1. Universitetə min 500 bal və daha yüksək nəticə ilə qəbul olmuş məzunlar;

  2. ÜOMG göstəricisi 65% və daha yüksək olan;

  3. Xarici dil bilikləri;

  4. Kompüter proqramlarından istifadə bacarığı;

  5. Öyrənməyə və yeniliklərə açıq.


*
Təcrübə proqramında iştirak üçün xüsusilə iqtisadiyyat, maliyyə, kompüter elmləri ixtisaslarına ( hər ixtisasdan 6 tələbə olmaqla) üstünlük veriləcək.

Tələblərə uyğun gələn namizədlərin müsahibə mərhələsinə dəvət edilməsi üçün cv-lərinin Karaca şirkətinin [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!