Sənədlər avqust ayının 16-dan 25-dək (şənbə və bazar günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək qəbul olunur.
Qeydiyyat Azərbaycan Dövlət İqtisad Univerisitetinin əsas tədris binasında (İstiqlaliyyət küçəsi 6, “İçərişəhər” metrostansiyasının yaxınlığını), 416-cı otaqda aparılır.
Qeydiyyat üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:
- Diplomun surəti (notarial təsdiq olunmuş)-1 ədəd;
- Diploma əlavənin surəti (notarial təsdiq olunmuş)-1 ədəd;
- Carı ilin məzunlarının universiteti bitirməsi haqqında arayış;
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti-2 ədəd;
- 3x4 ölçüdə 2 ədəd rəngli şəkil;
- Təhsil haqqında qəbzin əsli və surəti;
- I semestr üçün 50%
- II semestr üçün 50%
- Məcburi köçkünlərin yuxarıda qeyd edilənlərdən əlavə təqdim etdiyi sənədlər (yaş həddi yoxdur):
- məcburi köçkün vəsiqəsi ilin sonuna kimi etibarlılığı möhürlə təsdiq olunan(notarial təsdiq olunmuş);
- şəxsiyyət vəsiqəsi (notarial təsdiq olunmuş);
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda əlil olan və yaxud həlak olan (yaş həddi yoxdur);
- Arayış (əlillik) (notarial təsdiq olunmuş);
-doğum haqqında şəhadətnamə.