UNEC-in gənc müəllimləri üçün təlim - müraciət başladı

16 Aprel 2018
view

20170130170703-GettyImages-539953664


UNEC-in Karyera Mərkəzi və Gənc Müəllimlər Şurası Deloitte Şirkəti ilə birlikdə təlim keçirəcək.


İki gün ərzində şirkətin mütəxəssisləri gənc müəllimlərə biznes etikası və Excell proqramından istifadə üzrə təlim təşkil edəcəklər. Eyni zamanda biznes etika və maliyyə hesabatlarının hazırlanmasında istifadə edilən Excell proqramının tətbiqi barədə məsləhət verəcəklər.


Təlimin sonunda iştirakçılara sertifikat təqdim ediləcək. Müəllimlərdən təlimlərə noutbukla qatılmaları xahiş olunur. UNEC-in təlimdə iştirak etmək istəyən gənc müəllimləri Gənc Müəllimlər Şurasına müraciət edə bilər.


Təlimin keçirilmə tarixi:


19 aprel saat 11:00
20 aprel saat 14:00


Keçiriləcəyi yer: UNEC-in əsas tədris binası, II mərtəbə, 200 saylı otaq.

 

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!