UNEC müəllimlərinin nəzərinə: “Mevlana” Mübadilə Proqramına sənəd qəbulu başlayıb

24 Fevral 2020
view

mubadile_230119“Mevlana” Mübadilə Proqramı UNEC-in professor-müəllim heyəti üçün Türkiyənin müvafiq universitetlərində təcrübə keçmək imkanı təqdim edir. 14-30 gün müddətində həyata keçirilən mübadilə zamanı UNEC-in akademik heyət üzvlərinin Türkiyə universitetlərində tədris prosesində iştirak etməsi, mühazirələr oxuması, müasir tədris metodları ilə tanış olması, elmi konfranslarda iştirak etməsi, geniş kitabxana fondundan yararlanması və birgə elmi tədqiqatlar aparması nəzərdə tutulub.


Mübadilə ilə bağlı xərclər YÖK təqaüdü hesabına ödəniləcək.


Tələb olunan sənədlər:


1. Namizəd üçün müraciət forması (Öğretim elemanı bilgi formu)
2. Namizəd haqqında türk və ya ingilis dilində ətraflı məlumat (portfolio və ya özgeçmiş)
3. Xarici pasportun surəti
4. 3×4 şəkil – 2 ədəd
6. CV (ingilis və ya türk dilində)


Proqramda iştirak etmək istəyən müəllimlər tələb olunan sənədləri 28 fevral 2020-ci il tarixinə qədər Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinə təqdim etməlidirlər.


Qeyd edək ki, namizədlər müvafiq müraciət formasında yalnız 3 universiteti qeyd etməlidir.


Universitetlərin siyahısı


Aşağıda qeyd olunan universitetlər üçün müraciət forması fəqrlidir:


Anadolu Universiteti:


Template - ACADEMIC STAFF APPLICATION FORM


Akdeniz Universiteti:


Mevlana 2020-2021 Incoming Academic Staff Application Form


Proqramla bağlı ətraflı məlumatı www.mevlana.yok.gov.tr ünvanından və Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsindən əldə etmək mümkündür.


Proqramın koordinatoru (əlaqələndirici şəxs): Pərvin Paşayeva


Əlaqə üçün:
E-mail: [email protected]
Telefon: +994 12 492 60 45

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!