Müsabiqəyə təqdim olunacaq layihələr aşağıdakı fəaliyyət istiqamətlərini əhatə etməlidir;
- Tədris planının (kurrikulum) hazırlanması;
- Sillabusların hazırlanması;
- Dərs vəsaitlərinin hazırlanması;
- Tədris, təcrübə və tədqiqat prosesi ilə bağlı qaydaların hazırlanması;
- Elektron kommersiya laboratoriyasının yaradılması;
- Tədris prosesinə xarici müəllimlərin cəlb edilməsi;
- Tələbələrə tədqiqat qabiliyyətləri ilə yanaşı əlavə bilik və bacarıqların qazandırılması üçün yerli və xarici ekspertlər tərəfindən təlim və seminarların təşkil olunması;
- Tələbələrin xaricdə təcrübə keçməsinin təmin edilməsi.
Müsabiqənin müddəti:
Layihə təklifləri 15 İyul 2021– ci il saat 23:59 – dək elektron versiyada e-mail vasitəsilə qəbul ediləcəkdir.
Layihənin büdcəsi:
Müsabiqə nəticəsində təqdim olunacaq layihənin ümumi büdcəsi iki yüz iyirmi min manatı aşmamalıdır.
Müsabiqəyə təqdim olunacaq layihələr aşağıdakıl fəaliyyət istiqamətlərini əhatə etməlidir:
- Layihənin idarə olunması və məzmunun hazırlanması və layihənin idarə olunması üçün nəzərdə tutulan layihə işçi qrupunun xərcləri;
- Dərs vəsaitlərinin hazırlanması ilə bağlı nəzərdə tutulan xərclər;
- Kitabxana üçün əlavə dərs vəsaitlərinin alınması;
- Elektron kommersiya laboratoriyası üçün nəzərdə tutulan avadanlıqlara ayrılan xərclər;
- Prosesə cəlb olunacaq xarici müəllimlərin xərcləri;
- Təlim prosesində iştirak edəcək yerli və xarici ekspertlərin xərcləri;
- Təlim və seminarların təşkili xərcləri;
- Tələbələrin xaricdə təcrübə keçmələri ilə bağlı xərclər.
- Yerli mütəxəssislərin xarici universitetlərdə təcrübə mübadiləsi üçün ezamiyyə xərcləri (ehtiyac yaranarsa).
(Qeyd: Təmir-tikinti ilə bağlı xərclərin maliyyələşdirilməsi nəzərdə tutulmur)
Layihənin icra müddəti:
Təqdim olunacaq layihənin icra müddəti maksimum 12-14 ay olmalıdır.
Müsabiqədə iştirak:
Müsabiqədə iştirak etmək istəyən layihələr göstərilmiş formalara uyğun olaraq hazırlanaraq [email protected] email ünvanına göndərilməlidir.
Müsabiqəyə təqdim olunacaq layihələr universitet rektorunun əmri ilə formalaşdırılmış müsabiqə komissiyası tərəfindən qiymətləndirildikdən sonra qalib layihə müsabiqə bitdikdən 5 iş günü ərzində elan olunacaqdır.
Layihənin qiymətləndirmə meyarları:
- Konsepsiya sənədinin layihə məqsədinə uyğunluğu
- Fəaliyyət planının layihə təklifinə uyğunluğu
- Təklif edilən büdcə layihəsinin (xərclər smetası) uyğunluğu
- Layihənin komandasının uyğunluğu.
FORMA_1_-_ƏRİZƏ_FORMASI
FORMA_2_-_LAYİHƏ_TƏKLİFİNİN_FORMASI
FORMA_3_-_LAYİHƏNİN_İCRA_PLANI
FORMA_4_-_LAYİHƏNİN_XƏRCLƏR_SMETASI