Kvartil reytinq kateqoriya sistemi-elmi nəşrlərin tanınma, tələb olunma və istinad göstəricilərinə uyğun qiymətləndirilməsidir.
Jurnalların kvartillər üzrə qiymətləndirilməsi aşağıdakı faizlərlə təyin olunur.
- Q1 kvartilli 100%- 75%
- Q2 kvartilli 75%- 50%
- Q3 kvartilli 50%-25%
- Q4 kvartilli 25%-0
- N/A və ya N/N – indeksləşdirilməsi dayandırılan jurnallar
Belə ki, tanınma, tələb olunma və istinad göstəricilərinə görə Q1 kvartilli ən yüksək, Q4 isə ən aşağı kateqoriyadır. Eyni adlı elmi nəşr müxtəlif tədqiqat sahələrinə görə fərqli kvartillərdə ola bilər.
UNEC nümayəndələrinin elmi nəşr aktivliyini təmin etmək məqsədilə müxtəlif tədqiqat istiqamətlərinə uyğun Taylor & Francis nəşriyyatının Scopus indeksli, yüksək kvartilli (Q1-Q2) 321 elmi jurnalı ümumiləşdirilib. Siyahını bura əlavə edin z.o. Qeyd etməliyik ki, Non-Open Access olan jurnalların Scopus linki siyahıya əlavə olunub. Tədqiqatçılar elmi nəşrlərin saytından "Instructions for authors" bölməsinə daxil olaraq məqalələrin təqdim olunması haqqında geniş məlumat əldə edə bilərlər.
Bununla yanaşı jurnalların metrik göstəriciləri (kvartilləri) haqqdında geniş məlumat almaq üçün video təlimatından istifadə etmək mümkündür.
1984-2022-ci illər arasında UNEC nümayəndələrinin 37 elmi əsəri Taylor & Francis nəşriyyatının indeksli jurnallarında çap olunub.