UNEC tələbə və magistrləri üçün İndoneziyada təqaüd proqramı

12 Aprel 2018
view

KNB_2018İndoneziya hökümətinin va İndoneziya Respublikası Araşdırmalar, Texnologiya va Ali Təhsil Nazirliyi İndoneziyanin 16 universitetində bakalavr va magistr təhsili almaq istəyən tələbələr üçün “2018-ci il İnkişaf etməkdə olan ölkələrin əməkdaşlığı" adlı İndoneziya Təqaüd Proqramı təklif edir.


2018-ci il üçün müxtəlif ölkələrdən magistr dərəcəsinə 140 və bakalavr dərəcəsi üçün isə 5 təqaüd  kvotası təklif olunur. Təqaüd proqramı çərçivəsində namizədlər bu proqramda iştirak edən 16 qabaqcıl universitetdən birində təhsil ala bilərlər.


Təqaüdün müddəti




  1. İndoneziya dili kursu və magistr hazırlıq proqramı - 12 ay

  2. Magistr proqramı - 24 ay

  3. Bakalavr proqramı - 48 ay


*
Təqaüd proqramı əhatə edir:




  1. 1,000,000 İndoneziya rupiahi – Yerləşmə xərci ( İndoneziyaya getdiyi müddətdən verilir);

  2. 2,550,000 İndoneziya rupiahi (aylıq) —İndoneziya Dil kursu və hazırlıq proqramı muddətində yaşama xərci.


*
Aylıq xərclər:




  1. Yaşama xərci - 2,550,000 İndoneziya rupiahi;

  2. Araşdırma xərci - 400,000 İndoneziya rupiahi;

  3. Kitablar üçün xərc - 350,000 İndoneziya rupiahi;

  4. Sağlamlıq sığortası  - maksimum 200,000 İndoneziya rupiahi aylıq;

  5. Birdəfəlik gediş-gəliş beynəlxalq uçuş xərcləri və universitetə yerli nəqliyyat xərci.


*
Namizədlər müraciətlə bağlı məlumatı KNB təqaüd saytından əldə edə bilərlər. Son müraciət tarixi aprelin 30-dəkdir. Nəticələr 2018-ci ilin iyun ayının ikinci həftəsində elan olunacaq.


KNB təqaüd proqrami ilə əlaqədar daha ətraflı məlumatı www.knb.ristekdikti.go.id. internet səhifəsindən əldə edə bilərsiniz.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!