UNEC tələbələri ODTÜ-nün mübadilə proqramından yararlana bilər

01 Dekabr 2015
view
Erasmus+ mübadilə proqramı vasitəsi ilə UNEC-in bakalavr tələbələri Türkiyənin Orta Doğu Teknik Universitetində (OTDÜ) qış semestri üçün mübadilədə iştirak etmək hüququ qazana bilərlər.

 

Proqramda iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidir:
1.Bakalavr pilləsində təhsil almalı;
2.Minimum orta qiymət 91 (100 ballıq qiymətləndirmə sistemində) bal olmalı;
3. İngilis dilində B1 səviyyəsində əla qavrama, yazı və danışıq qabiliyyətinə sahib olmalıdırlar.

Tələb olunan sənədlər:
1. Transkript (ÜOMG göstərilməklə)
2. Tədris protokolu (LEARNING AGREEMENT FOR APPLICANTS OF ERASMUS+)
3. İngilis dili biliyini təsdiq edən sənəd, arayış və ya seritifikat
4. Motivasiya məktubu
5. Xarici pasportun surəti
6. Tələbə bileti
7. 3×4 şəkil – 2 ədəd

 Müraciət müddəti
Müraciət üçün son tarix: 10 dekabr 2015-ci il.
Proqram haqqında daha ətraflı məlumatı Beynəlxalq əlaqələr departamentindən əldə etmək olar.

Əlaqə:
UNEC-in Beynəlxalq Əlaqələr Departamenti
Telefon: +994 12 492 60 45

 

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!