UNEC tələbələri üçün növbəti təcrübə və təqaüd proqramına start verildi

31 Mart 2016
view
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və AzFinance İnvest Şirkəti ilə imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində şirkətdə təcrübə keçmək və gələcəkdə karyeralarını bu şirkətdə davam etdirmək istəyən tələbələrimiz üçün növbəti seminar keçiriləcək. Seminar 08 aprel 2016-cı il tarixində UNEC-in 1 saylı tədris binasının böyük akt zalında saat 12.00-da təşkil olunacaq.

Seminarda təcrübəli mütəxəssislər tələbələrə şirkətin fəaliyyət istiqamətləri, qiymətli kağızlar bazarındakı rolu, təcrübə və təqaüd proqramları haqqında məlumat verəcək. Daha sonra tələbələrin qiymətli kağızlar bazarındakı bilik səviyyələrini müəyyən etmək üçün test imtahanı keçiriləcək. İmtahanda yüksək nəticə əldə edən təcrübəçilərə şirkətin adlı təqaüdləri veriləcək.

Tədbirdə aşağdakı kriteriyalara malik olan tələbələr iştirak edə bilərlər:

  • Rus dilini bilmə (Rus bölməsində oxumasa belə oxumaq, danışmaq və dinləmək bacarığı olanlar);

  • İqtisadiyyat və maliyyə sahəsi üzrə baza bilikləri;

  • II, III və IV kurs tələbələri və magistrantlar.


Gələcək aylarda tədbirin Azərbaycan və ingilis dillərində keçirilməsi nəzərdə tutulur.

Məlumat üçün bildiririk ki, AzFinance İnvest Şirkəti Dünya Fond Bazarlarında çıxış edən İnvestisiya Şirkətidir.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!