UNEC tələbələrinin nəzərinə: Ödənişli yay təcrübə proqramına qeydiyyat başlayır

26 Aprel 2023
view
Tələbələr

Norm ASC peşəkar iş mühitindən yararlanaraq gənclərin bilik və bacarıqlarının artırılmasına kömək məqsədi ilə 2023-cü il üçün ödənişli “Yay Təcrübə Proqramı” elan edir.

Kimlər müraciət edə bilər: Təcrübə proqramına aşağıdakı adları qeyd olunan və ya onlara aid olan digər əlaqəli ixtisaslar üzrə təhsil alan III və IV kurs bakalavr tələbələri qatıla bilərlər:

  • İnşaat Mühəndisliyi
  • Materiallar Mühəndisliyi
  • Sənaye Mühəndisliyi
  • Kimya Mühəndisliyi
  • Mədən Mühəndisliyi
  • Mexanika Mühəndisliyi
  • Elektrik, Elektronika və Avtomatika
  • SƏTƏM/Ekologiya
  • İnformasiya Texnologiyaları
  • Maliyyə
  • Mühasibat Uçotu və Audit
  • İqtisadiyyat
  • Menecment
  • İnsan Resurslarının İdarə Edilməsi
  • Biznesin Təşkili və İdarə Edilməsi
  • Təchizat Zəncirinin İdarə Edilməsi
  • Nəqliyyatın təşkili və İdarə Edilməsi

Seçim prosesi

  • Yazılı test mərhələsi (İngilis dili, məntiq və dünyagörüşü üzrə)
  • Müsahibə mərhələsi

Müraciət prosesi:

Müraciət üçün 9 May 2023-cü il tarixinədək [email protected] email ünvanına mövzu hissəsində uyğun gəldiyiniz ixtisas adını və aşağıda qeyd olunan sənədləri əlavə edərək göndərməyiniz xahiş olunur.Yalnız müvafiq tələb olunan qaydada edilən müraciətlər nəzərdən keçiriləcək.

Müraciət üçün:

  • Elektron CV
  • Tələbə biletinin sürəti

Şərtlər:

İş qrafiki: 5 günlük iş həftəsi
Başlama tarixi: 3 İyul
Bitmə tarixi: 8 Sentyabr
Nahar və nəqliyyat xidməti təmin edilir

Əlaqələndirici struktur: UNEC Karyera mərkəzi

Tel: 1846 daxili 1132
Email: [email protected]

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!