İyunun 12-də UNEC ilə bp Azərbaycanın birgə əməkdaşlığı çərçivəsində “Elmin inkişafina dəstək: İnnovativ ideyalar və perspektivlər” mövzusunda beynəlxalq forum keçiriləcək.
Forumun açılışında rector prof. Ədalət Muradov, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, Fizika İnstitutunun baş direktoru, AMEA-nın birinci vitse prezidenti akademik Arif Həşimov, UNEC-in Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin rəhbəri prof. Rövnəq Rzayev və akademik Adil Qəribov çıxış edəcəklər.
Forumda Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzi və bp Azərbaycanın maliyyə dəstəyi ilə UNEC-də yaradılmış Aziz Sancar adına Qida Təhlükəsizliyi, Qida Kimyası və Ekologiya laboratoriyalarına da baxış keçiriləcək.