“Universitetdən müəssisəyə bir addım” proqramı haqqında elan

20 Noyabr 2015
view
26 noyabr 2015-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzi və “CSS” Şirkətinin birgə həyata keçirdiyi “Universitetdən müəssisəyə bir addım” proqramında iştirak etməyə dəvət edirik. Proqramın məqsədi “Məzun-2015” əmək yarmarkası çərçivəsində tələbələrə işgüzar keyfiyyətllərə yiyələnməkdə və onlara uğurlu karyera qurmaqda köməklik göstərməkdir.

Görüş saat 11:00-dan 13:00-a kimi universitetin Heydər Əliyev Mərkəzində (otaq 305) keçiriləcək və özündə aşağıdakı mövzuları əhatə edəcəkdir:


1.Təlim hissəsi:
-Tələbələrin iş axtarmaqda üzləşə biləcək problemlər və onların aradan qaldırılması yolları;
-İşə qəbul prosesi – Rekruter üçün ideal namizəd;
-Gələcək karyera üçün tələbəlik illərinin səmərəli keçirilməsi
-Təlimlər və ictimayi fəaliyyət.


2. Anket sorğusu;


3.Sual-cavab bölməsi.


İştirak etmək istəyən tələbələr qeydiyyatdan keçməlidir.
Qeydiyyat: http://goo.gl/forms/0Ep4SqS9OT

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!