Xeyriyyə konserti və yarmarkası keçiriləcək

10 Dekabr 2021
view

Macarıstanın Bakıdakı səfirliyi Nargis Fondu ilə birlikdə 15 dekabr 2021-ci il tarixində saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında xeyriyyə konserti və yarmarkası keçiriləcək.


Tədbirdə Macarıstanın Dövlət Xalq Ansamblı və Pál İştvan orkestri Azərbaycan Respublikasının xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, pianoçu Murad Hüseynov ilə səhnəni bölüşəcəklər.

Tədbirin məqsədi xeyriyyə işlərinə töhfə verməkdir.

Bilet satışından, eləcə də konsertdən əvvəl və konsertdən sonra Dövlət Akademik Filarmoniyasının ərazisində keçirilən xeyriyyə yarmarkasından əldə olunan bütün gəlirlər Uşaq Reabilitasiya Mərkəzinin Elmi Tədqiqat Pediatriya İnstitutuna bağışlanacaq.

Maraqlananlar biletləri iticket.az saytından əldə edə bilərlər.

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!