19-20 dekabr 2019-cu il tarixlərində "Avrasiya İnteqrasiyasının 25 illik yubileyi: mənşəyi, reallıqları, potensialı" XI Avrasiya Elmi Forumu keçiriləcək.
Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Elmi Mərkəzi, Avrasiya iqtisadi inteqrasiyası, modernləşmə, rəqabətqabiliyyətli və davamlı inkişafın əsaslı problemləri üzrə Elmi Şurası, "Bir Kəmər - Bir Yol" strategiyasının tədqiqi və inkişafı üzrə Rusiya-Çin Birliyi, Avrasiya Elmi Forumu Parlamentlərarası Assambleyası Universiteti tərəfindən təşkil olunacaq forumda aşağıdakı əsas mövzular müzakirə olunacaqdır.
- Avrasiya iqtisadi inteqrasiyasının 25 və Avrasiya İqtisadi Birliyinin 5 illiyi: nailiyyətlər və perspektivlər.
- Böyük Avrasiya Tərəfdaşlığı: Çin və Rusiya arasında əməkdaşlıq.
III. Böyük Avrasiya dövlətlərinin ərzaq təhlükəsizliyi problemləri və onların həlli yolları.
- Ali təhsilin elmi və tədris fəaliyyətində innovativ kadrların hazırlanması və Vətənə xidmət.
- Böyük Avrasiya dövlətlərinin modernləşmə prosesindəki ənənəvi dəyərlər.
- Turizm Avrasiya bölgələrinin inkişafının bir amili kimi.
Forumun işçi dilləri: Rus, İngilis.
Müraciət və materiallar üçün son tarix: 01 dekabr 2019-cu il
Forumun saytı – http://www.enforum.ru/
Əlaqə məlumatlar: IPA EurAsEC Universitetinin Tədris işləri üzrə prorektoru Marina Yuryevna Spirina
Telefon: +7 (911) 728-28-94 (mob.)
E-mail: [email protected]