Tədbirin plenar iclaslarında və xüsusi dəyirmi masa görüşlərində Rusiya Federasiyasının Hökümət təmsilçilərinin, Prezident adminstrasiyası nümayəndələrinin, Dünya Bankı nümayəndələrinin, iqtisadi əməkdaşlıq və inkişaf birliklərinin, yerli və xarici şirkətlərin, Rusiyadan və digər ölkələrdən aparıcı alimlərin çıxışı gözlənilir.
Tədbirin əsas mövzularına aşağıdakılar daxildir:
- İqtisadi artım problemlərinin analizi;
- Yuxarıdan modernləşmə: imkan və məhdudiyyətlər;
- İqtisadi desentralizasiya və yerli özünüidarə qurumları;
- Dəyərlər, etibar və əməkdaşlıq.
Elmi konfrans rus və ingilis dillərində təşkil olunacaqdır. Plenar iclas və dəyirmi masalar sinxron tərcümə ilə müşahidə olunacaqdır.
İndividual məruzəçilər elektron formada http://conf.hse.ru/ ünvanına 9 sentyabr - 11 noyabra 2015-ci il tarixlərdə müraciət etməlidirlər.
Konfrans proqramına daxil olacaq məruzələrin əlavə resenziyalardan sonra Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının nüfuzlu jurnalları siyahısına daxil olan aparıcı, iqtisadi jurnallarında nəşri mümkün ola bilər.
MDB və Şərqi Avropa ölkələrindən dəvət olunmuş məruzəçilərə konfransda iştirak xərclərini ödəmək üçün Dünya Bankı tərəfindən qrant ayrılması mümkün ola bilər.Qrant əldə etmək üçün [email protected] elektron ünvanına müraciət 8 fevral 2016-cı il tarixinə qədərdir.
Ətraflı məlumatı http://conf.hse.ru/ ünvanında əldə etmək mümkündür.