Yay semestrində iştirak etmək istəyən tələbələr fakültə tyutoruna yaxınlaşıb göndəriş aldıqdan sonra ərizə yaza bilərlər. Ərizələr 01.06.2015-05.06.2015 tarixləri arasında qəbul ediləcəkdir. Ərizələr II tədris binası 102 №li otaqda qəbul olunacaqdır.(1 kreditin qiyməti Əsasnamənin 4.3 bəndinə əsasən təyin olunur. 9 kreditdən artıq fənn götürmək qadağandır. Yay semestrində iştirak etmək üçün fənn üzrə davamiyyət minimum 50% olmalıdır.)
QEYD: Yay semestri 29.06.2015-02.08.2015 tarixləri arası təşkil ediləcəkdir. 03.08.2015-09.08.2015 tarixləri arası isə yay imtahanları keçiriləcəkdir.