Yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulunun müddəti uzadılıb

26 İyul 2017
view

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ


AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ


2017/2018-ci  tədris ilində ödənişli əsaslarla


yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulunun müddəti


2017-ci ilin sentyabr ayının 10-a dək uzadılmışdır.




  • Dünya iqtisadiyyatı

  • Maliyyə

  • Maliyyə işi (orta ixtisas təhsili bazasında)


Yenidənhazırlanma təhsilinə qəbul ancaq elektron qaydada həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda yeni­dən­hazırlanma təhsili almaq hüququnu qazanırlar.

Yenidənhazırlanma təhsilinə müraciət aşağıdakı internet linki vasitəsi ilə həyata keçirilir.

http://www.kabinet.unec.edu.az

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri elektron formada (pdf formatında) təqdim etməlidirlər:

  • Fərdi qaydada rektor adına yazılmış ərizə;

  • Rektor adına müəssisə və ya təşkilatın göndərişi;

  • Ali və ya orta ixtisas təhsili haqqında diplomun notarial qaydada təsdiqlənmiş surəti

  • Diploma əlavənin notarial qaydada təsdiqlənmiş surəti

  • Əməkkitabçasınınsurəti (rəsmi qaydada təsdiqlənmiş);

  • 1 ədəd fotoşəkil (3×4 sm jpeg formatında);

  • Şəxsiyyət vəsiqəsinin surəti (soyadı dəyişdiyi halda təsdiqedici sənəd).


Təhsil Azərbaycan dilindədir. Tədris müddəti 1 ildir.

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə yenidənhazırlanma təhsili ala bilərlər.

Dövlət və özəl ali təhsil (orta ixtisas təhsili) müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə yenidənhazırlanma təhsili ala bilərlər.

Ünvan: İstiqlaliyyət küçəsi 6, otaq 107

Tel.: (012) 492-65-64

İctimaiyyətlə əlaqə:

Əsas tədris binası, 201-ci otaq Tel: (012) 1846 (daxili 1159)

Arxiv

CTRL+Enter

Mətndə səhv varsa, onu qeyd edib 𝘤𝘵𝘳𝘭+𝘦𝘯𝘵𝘦𝘳 düyməsini basaraq bizə göndərə bilərsiniz.

Təşəkkür edirik!